Gəmidə partlayış oldu, bir azərbaycanlı öldü

gemide-partlayis-oldu-bir-azerbaycanli-oldu
Oxunma sayı: 675

Türkiyə mətbuatının yaydığı məlumata görə, 15 ekipaj üzvü olan gəmi batıb və xəsarət alan 12 nəfər xəstəxanaya çatdırılıb. Gəmi heyətindən Hakan Başın “Cihan” agentliyinə verdiyi məlumata görə, “Edirne” adlı gəmi bu şəhərdə təmir olunurmuş və yeni bir səyahətə hazırlaşırmış. Baş (Bakı vaxtıyla) saat 16.40-da gəmidə dalbadal 3 partlayış olduğunu, hadisənin qaz sıxışması nəticəsində baş verdiyinin güman edildiyini deyib.

Hakan Baş həmçinin gəmidə 6 Gürcüstan, 4 Azərbaycan, 3 Türkiyə və 2 Ukrayna vətəndaşı olduğunu bildirib.