Güldən özünə hədiyyə qadağası

gulden-ozune-hediyye-qadagasi
Oxunma sayı: 639

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Abdullah Gül özünə hədiyyə qadağası qoyub. Bu barədə prezidentin mətbuat katibi Əhməd Sevər bildirib.
Onun sözlərinə görə, prezident qərara alıb ki, 2012-ci ildən sonra onun qəbuluna gələn rəsmi və ya özəl insanlardan hədiyyə almasın və 9 ayda onun bu qərarına əməl olunub.
“Prezident hədiyyə əvəzinə qayğıdan məhrum olan və ya yardıma möhtac olan gənclərə kömək edilməsini, ziyarət xatirəsi kimi ağac əkməyi xahiş edib. Bunun müqabilində 60 min ağac əkilib, 46 gəncə təqaüd ödənilib. Əslində insanların hədiyyə vermək marağını azalmaq çox çətindir, lakin cənab prezident bu sahədə qərarlıdır”.