Gürcü nazir təcavüzdə ittiham olunur - Video

gurcu-nazir-tecavuzde-ittiham-olunur-video
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, belə bir qalmaqallı bəyanatla məhkumlara qarşı qeyri-insani davranışı əks etdirən videonu yayanlardan biri Vladimir Bedukadze çıxış edib.

Bedukadzenin sözlərinə görə, həbsdə olan polkovnik Aleksandr Tetrdaze yüksək vəzifəli məmurlar tərəfindən təcavüzə məruz qaldıqdan sonra ölüb. Həmin məmurlar arasında daxili işlər nazirinin də olduğunu bildirib: “Bu barədə danışmaq çox çətindir, lkain daha çətin olanı bunu Tetradzenin ailəsindən eşitməkdir. Mən bir daha təsdiqləyirəm ki, polkovnik təcavüz zamanı ölüb”.

O, həmçinin qeyd edib ki, bunu sübut edəcək faktlar nazirin seyfində saxlanılır.