“Hakimiyyət qanunsuz hərəkətlərə son qoysun!”

hakimiyyet-qanunsuz-hereketlere-son-qoysun-
Oxunma sayı: 682

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti ölkədə vətəndaşların hüquq və azadlıqlarının pozulmasına dair arzuedilməz faktların sırasını az qala hər gün genişləndirməkdədir: “Sulutəpə qəsəbəsində yerli sakinlərə məxsus evlərin dağıdılmasının və mülkiyyət sahiblərinə qarşı güc tətbiqinin doğurduğu ictimai hiddət fonunda hakimiyyət növbəti qanunsuzluğa əl atıb. 2011-ci il dekabrın 19-u gecəsi Nəsimi rayonu Polis İdarəsinin əməkdaşları 2 aprel aksiyası zamanı həbs olunan və daha sonra məhkəmənin əsassız qərarı ilə azadlıqdan məhrum edilən gənc fəal Tural Abbaslının ailəsinin yaşadığı evin zorakılıqla dağıdılmasına şərait yaradıb. Buna etiraz edən T.Abbaslının ailə üzvləri – anası Baxşıxanım Abbasova və qardaşları Teymur və Toğrul Abbaslı ərazidəki polis əməkdaşlarının kobudluğuna məruz qalaraq, 21-ci polis bölməsinə aparılıblar.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) Gənclər Təşkilatı qanunsuz olaraq həbsdə saxlanılan T. Abbaslının ailəsinə yönəlmiş təzyiqləri qətiyyətlə pisləyir, onun anasına qarşı yol verilmiş zorakı davranışları polisin milli əxlaq dəyərlərinə hörmətsizliyi qiymətləndirir. VİP Gənclər Təşkilatı ailəsinin belə təzyiqlərlə üzləşməsini T. Abbaslının siyasi fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirir və hakimiyyətdən vətəndaşlara qarşı qanunsuz hərəkətlərə son qoyulmasını tələb edir”.