Həbsdəki jurnalist prezidentə müraciət etdi- “Mən günahsızam”

hebsdeki-jurnalist-prezidente-muraciet-etdi-men-gunahsizam
Oxunma sayı: 650

Bir müddət əvvəl həbs olunan İranın Səhər Televiziyasının müxbiri Anar Bayramov ölkə prezidentinə müraciət edib. “Qafqazinfo”nun məlumatına görə, A. Bayramov öz müraciətində bildirib ki, bu ilin fevral ayının 17-nə narkotika ittihamı ilə həbs olunub. Bayramov müraciətində belə davam edir: “Amma mən belə bir qənaətə gəlmişəm ki, həbsim jurnalist fəaliyyətim, xüsusilə də İrana mxsus televizyada çalışmağımdır. Mən nərkoman deyiləm. Jurnalist fəaliyyətim boyu heç vaxt Azərbaycan dövlətinin maraqlarının əleyhinə çıxış etməmişəm. Fəaliyyətim qanunvericiliyə uyğun həyata keçirilib. Mən başa düşürəm ki, Azərbaycan-İran münasibətlərində müəyyən problemlər var. Amma mən buna görə cəza çəkmək istəmirəm. Əgər mənim jurnalist fəaliyyətim bilməyərəkdən dövlətimizin maraqlarına zidd olubsa, mən nəinki Səhər televiziyasından, ümumiyyətlə jurnalistikadan getməyə hazıram. Sizə müraciət etməklə bildirmək istəyirəm ki, mən günahsızam. Bu vəziyyəti nəzərə alıb mənim əsassız yerə həbsdə qaldmağıma imkan verməyəcəyinizə inanıram”.