Həcc mərasimi başa çatdı

hecc-merasimi-basa-catdi
Oxunma sayı: 682

Zəvvarlar bu gün sonuncu dəfə Kəbə evini ziyarət edəcəklər. Sabahdan etibarən azərbaycanlı zəvvarlar Vətənə qayıtmağa başlayacaqlar.

Azərbaycanlı zəvvar Teymur Mehdiyevin ANS-ə verdiyi məlumata görə, artıq zəvvarlar şeytanı daşlamaq mərasimini yekunlaşdırıblar, günorta namazından sonar Məkkəyə dönüblər. Orada Həcc əməlləri davam etdirilib. Kəbə təvaf olunub, namaz qılınıb, Səfa və Mərvə dağları arasında edilib.

Birinci qrup avtobusla sabah Bakı vaxtı ilə axşam saat 11-də, ikinci qrup isə ayın 11-də yenə həmin vaxt yola düşəcək.