“Hər bir şəxs əməlinə görə cəzasını almalıdır” - Mövqe

her-bir-sexs-emeline-gore-cezasini-almalidir-movqe
Oxunma sayı: 681

“Qafqazinfo”nun məlumatına görə, Taleh Əliyev bildirib ki, qardaş qazax xalqı layiq olduğu səviyyədə öz həyatinı yaşamalı, baş verən hadisələrdə əli və rolu olan hər bir şəxs isə əməlinə görə cəzasını almalıdır: “Çox istərdik ki, Qazaxıstan Respublikasında baş verən qarşıdurma bundan sonra qansız-qadasız öz müsbət həllini tapsın”.

Taleh Əliyev hesab edir ki, dinc və günahsız insanların öldürülməsi həm beynəlxalq hüquq nöqteyi-nəzərindən, həm də insanlıq baxımından yolverilməzdir: “Qazaxıstan Respublikasının səlahiyyətli qurumlarının da baş verən problemləri həll etməyə çalışarkən bu amilləri nəzərə alması olduqca vacibdir. Unutmaq lazım deyil ki, problemin zor müstəvisində həllinə çalışan digər qapalı cəmiyyətlərdə -Tunisdə, Misirdə, Liviyada və Yəməndə proseslər daha xoşagəlməz istiqamətlərdə inkişaf edib”.

“Düşünürəm ki, bu gün və bundan sonrada bütün qapalı cəmiyyətlərdə yaşanan gərginliklərin həllinə zor müstəvisində cəhd ediləcəksə, o rejimlərin də aqibəti eyni cür olacaq”, - deyə Ümid funksioneri bildirib.