“İcra başçısı bu əməllərindən nə vaxt çəkinəcək?”– Şikayət

icra-bascisi-bu-emellerinden-ne-vaxt-cekinecek-sikayet-
Oxunma sayı: 675

Bu sözləri Füzuli rayon Saracıq kənd sakini Həşimov Fuad Aydın oğlu “Qafqazinfo”ya yazdığı şikayət ərizəsində qeyd edib. Onun sözlərinə görə, 1996 – cı ildən məcburi köçkün kimi Horadiz şəhərində keçmiş pambıq zavodunun inzibati binasında yaşayıblar. 2011-ci ildə həmin ərazi Sərhəd Qoşunlarının çevik alayına bina tikmək üçün plana düşüb və onun ailəni məcburi şəkildə həmin binadan qarşılığında heç bir ev verilmədən zor tətbiq edilərək köçürülüblər. Həmin ildən bu yana kirayələrdə yaşadığını deyən F.Həşimov dəfələrlə Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin qəbulunda olsa da problemi həll olunmamış qalıb: “Füzuli rayonunun Zobucuq adlanan ərazisində 5 böyük qəsəbə salınıb . Amma çox təəssüflər olsun ki, o qəsəbədəki evlərin çoxu Füzuli rayonunda quldurluqla məşğul olan vəzifəlilərin qohum əqrabalarına və özlərinə verilib. Amma bizim ailə bu günkü-gün məcburi köçkün ola-ola çöllərdə qalıb. Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bu cür əməllərinden nə vaxt çəkinəcək? İki məcburi köçkün ailəsini çöllərə töküb evlə təmin etməməklə nə demək istəyir ki, Alı Alıyev? Bütün idarə müdürlərinin adına Zobcuq qəsəbəsində ev var. Rayonun bəzi vəzifəlilərinin Bakı şəhərində bir neçə yerlərdə evləri olduğu halda, Horadiz şəhərində evləri olduğu halda, İcra başçısı Zobucuq qəsəbələrindədə onlara ev verir. Araşdırılsa görərsiz ki, cəbhə bölgəsi olduğuna görə onların ailələri, uşaqları Bakı şəhərindəki, evlərində yaşayırlar. Onların rayondakı evləri boşdur. Ancaq biz ailəli uşaqlı müharibə riskli ərazidə yaşaya-yaşaya çöllərdə qalmışıq. İnanırıq ki, ölkə rəhbərliyi səsimizi eşidib bizimdə qayğımıza qalacaq”.