İcra başçısı şadlıq evini əşyaları ilə birlikdə yerlə-yeksan elədi- Şok

<b>İcra başçısı şadlıq evini əşyaları ilə birlikdə yerlə-yeksan elədi- <font color=red>Şok</b></font>
Oxunma sayı: 238





Bu günlərdə Gəncə şəhərində dəhşətli bir hadisə baş verib. Gəncə sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, bu hadisə Gəncənin yeni icra başçısı Elmar Vəliyevin belə demək mümkünsə yenidən qurma əməlləri ilə bağlıdır. İcra başçısı Gəncədə binaların qanunsuz artırılan eyvanlarının uçurulmasının ardınca, indi də iş adamlarına problemlər yaratmağa başlayıb. Belə ki, E. Vəliyev Gəncə çayının sağ sahilində tikilmiş restoranların sökülməsi əmrini verib. Və belə bir əməliyyat iki gün əvvəl keçirilib. Sözügedən ərazidə yerləşən “Elnur” şadlıq evinin uçurulması əmri verilib. Lakin əvvəlcə şadlıq evinin sahibinə içərini boşaltmaq tapşırılıb. Şadlıq evinin Malik adlı sahibi isə binanı boşaltmayacağını deyib. Tərəflər arasında yaranan mübahisədən sonra icra başçısı əsəbiləşərək Gəncənin ən tanınmış şadlıq evlərindən biri olan “Elnur” şadlıq evinin içindəki əşyaları ilə birlikdə uçurulması əmrini verib.

Şahidlərin sözlərin görə, gözünün qabağında əmlakının yerlə-yeksan olmasına dözməyən Malik elə oradaca infarkt keçirib. Onu Gəncənin Kardioloji Klinikasının reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda vəziyyəti ağır olaraq qalır.

Məlumata görə, baş verənlərdən qorxuya düşən icra başçısı Gəncəni gəzərkən avtomobildən düşmür. Onu isə Gəncənin polis rəisi şəxsən müşayiət edir.

Gəncəlilər deyir ki, yaxın günlərdə həmin ərazidəki “İmperial” restoranının da sökülməsinə başlanacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi