İki piyadanı vurdu, hadisə yerindən qaçdı

iki-piyadani-vurdu-hadise-yerinden-qacdi
Oxunma sayı: 659

Paytaxt sakinləri 23 yaşlı Seyidov Samir Mirqafar oğlu və 36 yaşlı Məmmədov Yasin Telman oğlu parkın yaxınlığında ictimai nəqliyyat gözləyən zaman hələlik sürücüsü müəyyən edilməyən minik maşınının zərbəsi ilə üzləşiblər.

Qeyd edək ki, avtomaşın hər iki piyadanı vurduqdan sonra hadisə yerindən yayınıb. Müxtəlif xəsarət alan piyadalar isə ətrafda olan vətəndaşların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlardan Yasin Məmmədovun vəziyyəti daha ağırdır. Bəzi nahiyələrində sınıq xəsarətləri aşkar olunan Samir Seyidovun vəziyyəti isə nisbətən yüngüldür.

Yol qəzasının səbəblərini Binəqədi rayon polis idarəsinin əməkdaşları araşdırır. Hadisə yerinə yollanan əməliyyat qrupu qəzanı törətməkdə şübhəli bilinən avtomaşını orada aşkar etməsə də, şahidlərin verdiyi ifadə əsasında onun “VAZ 2107” markalı avtomobil olduğu müəyyənləşdirilib.

anspress