Bilal Əliyev 50 faizə işləyir

bilal-eliyev-50-faize-isleyir
Oxunma sayı: 1785


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, “Hər şey daxil” verilişinə qonaq olan müğənni aparıcının: “Elə qonorar istəyirsiniz ki, insanların sizi toya çağırmağa gücü çatmır”, - sözlərinə belə cavab verib: “6 yaşından səhnədəyəm. Nökər kimi işləmişəm: gecə-gündüz küçələrdə, toylarda olmuşam. Elə olub, gündə üç toya getmişəm, qapımda növbə dayanırdı. Elə dəbdə olmuşam ki, oxumuşam da, pulumu da qazanmışam. Hazırda mənim hər gün toya gedib, özümü yormağa ehtiyacım yoxdur. Allah qismət etsin, qazandığımı sağlıqla yeyim”.

B.Əliyev Azərbaycanda prdoüseri olmasa da, xaricdə onun işlərini görən köməkçilərinin olduğunu deyib:

“Mən prodüserlərlə faizlə işləyirəm. Qazancımın 50 faizini onlara verirəm. Xaricdə mənim çox prodüserim var. Onlara yaxşı qonorar verirəm deyə, mənimlə ürəklə çalışırlar. Qazancımın yarısını onlara ödəyirəm".