“İlham Əliyev hansı məsələni diqqətə götürürsə...” – Müsahibə

ilham-eliyev-hansi-meseleni-diqqete-gotururse-musahibe
Oxunma sayı: 665


Bu yaxınlarda Bakıda səfərdə olan “Azadlıq” radiosunun köşə yazarı Oleq Kusov Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb. “”Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, aprelin ortalarında Bakıda və ölkənin bir sıra regionlarında olan Oleq Kusov “Azadlıq” radiosunun Praqa studiyasına müsahibə verərək Azərbaycanda baş verən situasiyaların obyektiv mənzərəsini təqdim etməyə və müsabiqəyə hazırlıq mərhələsi ilə bağlı fikirlərini bölüşməyə çalışıb.



- Görünür ki, bu tarix, şərq istibdadının siyasi problemlərin həlli və Bakı hakimiyyətinin təbirincə desək, respublikanın beynəlxalq arenada layiqli təmsili üçün öz iqtisadi resurslarından necə istifadə etdiyinin növbəti nümunəsdir?

- Doğurdan da, “Avrovizion” müsabiqəsinin iki tərəfi var: siyasi və musiqi. Siyasi tərəfinə gəlincə, sirr deyil ki, sovet hökuməti bu cənub ölkəsinə yanacaqdoldurma məntəqəsi kimi baxırdı, sadə sovet insanının təsəvvüründə isə azərbaycanlı bir qayda olaraq bostanında tərəvəz yetişdirən və onları satışa çıxaran insan idi. Əslində isə, Azərbaycan zəngin tarixi, böyük mədəniyyəti, xüsusilə musiqi ənənələri olan ölkədir, lakin bu stereotipi Qara Qarayev, Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi insanlar da sındıra bilmədilər. Sovet rəhbərliyinə sadəcə olaraq əlinin altında saxlayacaq donor-respublika lazım idi. Sovet Moskvası Azərbaycanda müstəmləkə siyasəti həyata keçirirdi – sadəcə neft lazım idi. Və yalnız hansısa qırıntılar Azərbaycana qalırdı. İndi isə vəziyyət dəyişib. Müstəqil Azərbaycan öz ölkəsini artıq Avropa arenasında ancaq neft ölkəsi kimi deyil, həqiqətən də zəngin mədəni ənənələri malik ölkə kimi təqdim etməyə çalışır. Məndə elə bir təəssürat yaradı ki, ötən il Düsseldorfda Bakı duetinin qələbəsi ölkə sakinlərinin özləri üçün də bir qədər gözlənilməz olub. Onlar bunu elə coşquyla qəbul etdilər ki, bu onu göstərir ki, onlar həqiqətə istəyirlər ki, onların ölkəsini Avropada gözəl musiqiçiləri, müğənniləri, bəstəkarları olan ölkə kimi tanısınlar.

- Aydındır ki, İlham Əliyev Qərbi Avropa öz ölkəsinin yeni simasını göstərməyə çalışır. Lakin Avropanın mədəniyyət ənənələrinə görə, ümumiyyətlə bir çox insanlar üçün nəhəng layihələr ( Bakıda bayraq meydanında quraşdırılan futbol sahəsi ölçüsündə bayraq və sair) məlum olmayan bir şeyin yersiz nümayişi kimi görünür. Axı ölkədə kifayət qədər həll olunmamaış sosial problemlər var. Bəs bunlar necə olacaq?

- Mən bu sualı tez-tez Bakıdakı həmsöhbətlərimə də vermişəm. Təxminən belə bir cavab almışam: əgər neft və neftdən gələn dollarlar varsa, onu maddi olan bir şeyə xərcləmək yaxşıdır. Bakıda yeddi il olmamışdım və tamamilə yeni bir mənzərə gördüm . İnsanlar yaxşı yaşamağa başlayıblar. Şəhərdən demək olar ki, sovet avtomobilləri yoxa çıxıb, əksəriyyəti xarici markalardır. Əlbəttə, hər yerdə olduğu kimi problemlər var, lakin ümumi olaraq ölkə öz simasını dəyişir. Azərbaycanlılar rəhbərliyin bu mövqeyini bəyənirlər.

- Bəs dərinliyinə varsaq Azərbaycan necə görünür? Axı siz respublikanın dağlıq rayonlarında da olmusunuz.

- Mən orada hər şeydən çox təəccübləndim. Azərbaycanın dağlarında gözəl futbol meydanları, Qəbələdə beynəlxalq, yeri gəlmişkən ölkədə sayca 5-ci aeroport yaradılıb. Çox böyük mehmanxanalar, fabriklər. Mənim həmsöhbətlərimin dediklərinə görə, əsas işçi qüvvəsi yerlilərdir. Mən xüsusi olaraq köhnə rus təriqətçilərinin yaşadığı İvanovka kəndinə baş çəkdim. Əlbəttə, indi onlar əsasən saqqalsız və xarici maşınlarda gəzirlər, lakin onlarla ünsiyyətdə olmaq mənə çox maraqlı idi. Bizim məktəb direktoru və onun qonşusu ilə çox maraqlı söhbətimiz oldu. İnsanlar öz problemlərini gizlətmirdilər, lakin onlar yekdilliklə hesab edirlər ki, yerli hökumət, biznesmenlər onlara böyük diqqət ayırır. Məndə elə təsəvvür yarandı ki, onlar səmimidirlər, yalan danışmırlar. Ən maraqlısı da odur ki, onlar buradan getmək istəmirlər. Onların müasir evləri, yaxşı avtomobilləri, interneti, ətrafda çox gözəl sahələri var. Xüsusi olaraq kəndlilərin xahişi ilə yeganə kolxoz burada saxlanılıb. Köhnə qaydada işləyir, müasir qaydada yaşayırlar.

- Azərbaycan və Rusiyada hakimiyyət sistemi, deyəsən bir çox hallarda eyni qanunlar üzrə təşkil edilib: bu ölkələrin xammal imkanlarına əsaslanan nisbi iqtisadi çiçəklənmə və əmin-amanlıq. Bu problemin digər tərəfi demokratik haqların və azadlıqların bəzi və ya nəzərə çarpacaq qədər məhdudlaşdırılması, demokratiya ilə bağlı özünəməxsus təsəvvür, məhdud və ya müstəqil, bu dövlət rəhbərlərinin başında mövcud olan... Sizin qiymətləndirmənizə görə, Azərbaycanda nə qədər nəzərə çarpandır, nə qədər möhkəmdir Əliyev rejimi?

- Mən Bakının qəzet köşklərindən maraqlandım: müxalifət qəzetləri satılır. Hüquq müdafiəçiləri və müxalifət öz baxışlarını sakit şəkildə bəyan etmək imkanlarına sahibdirlər... Düzdür, Əliyevlər soyadı həqiqətən də toxunulmaz hesab edilir. Lakin bir çox insanları çoxsaylı söhbətlərimdən sonra başa düşdüm ki, Azərbaycan əhalisi ümumilikdə sabiq prezident Heydər Əliyevə kimi, İlham Əliyevə də inanır. Bunun üçün əsas var. Mən 90-cı illərin əvvəlini bu ölkədə yaxşı xatırlayıram: xarabalıq, aclıq, şimalda, cənubda separatizm əhval ruhiyyə, Qarabağ müharibəsi. Azərbaycanda olan yeganə qaz kəməri Cənubi Qafqazdan keçirdi və o da Çeçenistanda baş verənlərə görə dondurulmuşdu. Ölkə həqiqətən də sürünürdü. Bir neçə prezident Azərbaycandan hərbi təyyarə ilə uçdular, sadəcə qaçırdılar: biri Moskvaya, digəri Naxçıvana. Heydər Əliyev peyda oldu və ekspertlərdən biri mənə dedi ki, (yeri gəlmişkən hökumət nümayəndəsi deyildi) Əliyev Azərbaycanı saxlamaq üçün bu şansdan istifadə edə bildi. Moskvanı güclü təzyiqlərinə baxmayaraq, Heydər Əliyev öz ölkəsi üçün sərfəli neft müqaviləsinə nail ola bildi. Bu çox böyük nailiyyət hesab edilir, belə ki, neftdən gələn dollarlar Azərbaycanın əsas gəliridir.

- Deməli, “Avrovizion” müsabiqəsinin taleyi ilə bağlı narahat olmağa heç bir əsas yoxdur, müsabiqə uğurla keçiriləcək?

- Bu müsabiqə Azərbaycanın ali rəhbərliyi, ölkənin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi diqqətindədir. Praktika göstərdi ki, indiki şəraitdə Azərbaycan prezidenti hansı məsələni diqqətə götürürsə, həmin məsələ uğurla həll olunur.

Hazırladı: Səidə