“Bilirdik ki, özündə mütərəqqi dəyərləri əks etdirəcək”

bilirdik-ki-ozunde-mutereqqi-deyerleri-eks-etdirecek
Oxunma sayı: 645

Bu fikri «Demokratiya və İnsan Hüquqları Komitəsi» qeyri-hökumət təşkilatının sədri, millət vəkili Çingiz Qənizadə deyib. Ç. Qənizadə bildirib ki, ilk milli konstitusiyanın hazırlanması ilə bağlı komissiyaya o zamankı ölkə Prezidenti Heydər Əliyev başçılıq etmişdi. «Ona görə də, bu Konstitusiya qəbul olunarkən bilirdik ki, bu sənəddə mühüm məsələlər nəzərə alınacaq, özündə mütərəqqi dəyərləri əks etdirəcək. Ümumiyyətlə, əsas qanunda insan hüquq və azadlıqlarının təminatı üçün kifayət qədər geniş maddələr mövcuddur. Hər bir vətəndaş öz hüquqlarının haradan başlayıb və harada qutardığını bilir» - deyə o vurğulayıb.

Millət vəkili qeyd edib ki, insanlar Əsas Qanuna güvənərək hərəkət edir və konstitusion hüquqlarını qorunması lazım gələndə müvafiq dövlət qurumlarına müraciət edir. «Mən insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq tədbirlərdə həmişə Azərbaycan Konstitusiyasının nümunə göstərmişəm. Həmin tədbirlərdə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı konstitusiyamızda çox mütərəqqi müddəaların yer aldığını və bu baxımdan, bir çox dövlətlərdən öndə getdiyini vurğulamışam. Ümumilikdə, hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşının arxalandığı, güvəndiyi bir sənəddir»- deyə Ç.Qənizadə bildirib.

yap.org.az