Binada yanğın oldu, 40 nəfər təxliyyə edildi

binada-yangin-oldu-40-nefer-texliyye-edildi
Oxunma sayı: 634

Ötən gecə Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci  mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-in bu haqda yaydığı məlumata görə, yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.