Binəli Yıldırım azərbaycanlı şəhidlərin övladları ilə görüşdü - Foto

bineli-yildirim-azerbaycanli-sehidlerin-ovladlari-ile-gorusdu
Oxunma sayı: 1505

Türkiyənin Baş naziri Binəli Yıldırım “Türkiyə və Azərbaycanın şəhid övladları qucaqlaşır” sosial proqramı çərçivəsində azərbaycanlı şəhid uşaqları ilə görüşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Yıldırım belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışıb:

“Şəhidlərin əmanətlərinə gözümüz kimi baxmaq mükələfiyyətimiz var. Həm Türkiyədəki, həm də Azərbaycandakı şəhit yaxınları daha çox görüşməlidir. Bunun üçün əlimizdən nə gəlirsə edəcəyik”.

Baş nazir sözlərinə əlavə edib ki, Türkiyə Dağlıq Qarabağ probleminin həll olması üçün dəstək verməyə davam edəcək:

“Ermənistan işğalının sona çatdırılması, Azərbaycan torpaqlarının azad edilməsi, qaçqın vəməcburi köçkünlərin doğma yurdlarına qayıtması haqq-ədalətin təcəlləsi üçün vacibdir. 25 ildir davam edən işğal qəbuledilməzdir”.