Binəqədidə “Dövlət Müstəqilliyi Günü” qeyd edilib

bineqedide-dovlet-musteqilliyi-gunu-qeyd-edilib
Oxunma sayı: 1663

Bu gün Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi,  Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayonu Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü”nə həsr edilmiş “Haqqım var ki, öyünüm Azərbaycan deyəndə!” adlı tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor, tarix elmləri doktoru Musa Quluzadə, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi, ziyalılar, YAP fəalları və gənclər iştirak ediblər.

Aygün Əliyeva tədbiri açıq elan edərək giriş nitqi ilə çıxış edib. Aygün Əliyeva Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artım tempinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatdığını qeyd edib.

Çıxışlar bitdikdən sonra 18 Oktyabr – “Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş “Xəmsə” Milli İntellektual oyununda qalib gəlmiş komandaların təltif edilib.