Binəqədidə Heydər Əliyevin 95 illiyi münasibətilə tədbir keçirilib

bineqedide-heyder-eliyevin-95-illiyi-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 1684

Binəqədi rayonunda yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin inzibati binasında Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədir Hicran Hüseynova, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.

Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxış edərək Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra ilk imzaladığı Sərəncamlardan birinin məhz Siyasi Sənədlər Arxivinin yaradılması ilə bağlı olduğunu deyib.

Sonra Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, millət vəkilləri Musa Qasımlı, Fəzail İbrahimli, Elman Nəsirov və digərləri çıxış ediblər.

Daha sonra BRİH başçısının müavini Aygün Əliyeva çıxış edib və bildirib ki, bugünkü çiçəklənən Azərbaycan Respublikası Heydər Əliyev təfəkkürünün məhsuludur.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx təqdim edilib.