İnşaatçılar prospektində iki avtomobil toqquşdu

insaatcilar-prospektinde-iki-avtomobil-toqqusdu
Oxunma sayı: 685

Anspress xəbər verir ki, Yasamal rayonu İnşaatçılar prospektində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Fərid Əlizadənin idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla “Porche” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə eyni istiqamətdə həprəkət edən avtomaşınların dönmə əməliyyatını yerinə yetirərkən bir-birilərinə yol verməməsi səbəbindən yaranıb. Qəza nəticəsində avtomaşınlarda olan sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, “Porche”nin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da açaraq hadisə yerindən yayınıb.

Faktla bağlı Yasamal rayon dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Yol nəqliyyat hadisəsinin səbəbləri və təqsirkar sürücü araşdırmalardan sonra məlum olacaq.