Bioloqlar ilk dəfə yeni beyin hüceyrəsinin yaranmasını görə biliblər

bioloqlar-ilk-defe-yeni-beyin-huceyresinin-yaranmasini-gore-bilibler
Oxunma sayı: 1684

İsveçrəli və britaniyalı bioloqlar ilk dəfə yetişkin beyində yeni hüceyrənin yaranmasını görə biliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Science” nəşri məlumat yayıb.

“Biz ümid edirik ki, gələcəkdə bu kök hüceyrələri Alzheimer, Parkinson və digər xəstəliklərin müalicəsində istifadə edə biləcəyik”,- deyə Sürix Universitetinin alimi Sebastian Jessberqer bildirib.

1960-cı illərə qədər yetkin məməlilərdə yeni neyronların yaranmadığı və məhv olan sinir hüceyrələrinin funksiyalarının qalanları arasında bölündüyü zənn edilirdi. 

1998-ci ildə Peter Eriksson yetkin insanların beynində yeni hüceyrələrin meydana gəldiyini aşkar edib.