Bir ayın əsgərinin ölüm faktı ilə bağlı cinayət işi açıldı

bir-ayin-esgerinin-olum-fakti-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 1610


Hazırda faktla bağlı müvafiq ekspertiza təyin edilib, zəruri istintaq tədbirləri aparılır.

Mətbuat xidmətindən bildirilib ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə ehtiyatsızlıqdan və qəsdən adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı, avtoqəza nəticəsində və ya digər səbəblərdən baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır, tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

Qeyd edək ki, Daxili Qoşunlar bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər, 18 yaşlı Məmmədov Samiq Sultan oğlunun hərbi hospitala hemorragik vaskulitin sürətli gedişi diaqnozu ilə daxil olduğu və həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadığını açıqlayıb.