Bir azdan ev alan jurnalistlərin siyahısı açıqlanacaq

bir-azdan-ev-alan-jurnalistlerin-siyahisi-aciqlanacaq
Oxunma sayı: 1189

Bu gün Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənzil alacaq KİV əməkdaşlarının adları məlum olacaq.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir azdan siyahını elan edəcək.

Adları açıqlanacaq jurnalistlərə yeni mənzillər sabah - iyulun 20-də təqdim ediləcək.
Ölkə prezidenti adından ümumilikdə KİV əməkdaşlarına 255 mənzil hədiyyə olunacaq.