Bir illik münasibətə nöqtə qoyuldu - Fotolar

bir-illik-munasibete-noqte-qoyuldu
Oxunma sayı: 2885

Türkiyənin məşhur müğənnisi Deniz Seki sevgilisi Tayfun Topalla ayrılıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat yayıb. 

Seki bir illik münasibətə nöqtə qoyduğunu qeyd edib: “Mətbuatda yayılan xəbərləri təsdiqləmək istəyirəm. Hörmətli Tayfun bəylə münasibətimiz bitib. Amma ona hər zaman hörmətlə yanaşacam. Dost olaraq həyata davam edəcəyik. Mövzu barədə rəy yazarkən həssas olmağınızı xahiş edirəm”.