İran ABŞ sərhədlərinə gəmi göndərir

iran-abs-serhedlerine-gemi-gonderir
Oxunma sayı: 667

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İran hərbi dəniz qüvvələrinin, sahil bölgələri və döyüş gəmilərini 200 kilometr məsafədən vura bilən qısa mənzilli nüvə silahlarıyla təchiz edildiyi xəbəri İranın müdafiə naziri Əhməd Vahidi tərəfindən açıqlanıb.
İran hərbi dəniz qüvvələri komandanı Həbibullah Sayari, gəmilərini ABŞ-ın dəniz sərhədinə yaxın bir yerdə yerləşdirəcəklərini bildirib, ancaq bunun nə zaman gerçəkləşəcəyi barədə qəti bir tarix deməyib. Sayari, “Öz quru sularımızda ABŞ-ın təhdidiylə üz-üzə olduğumuza görə, biz də onların dəniz sərhədlərində güclü bir qüvvə nümayiş etdirəcəyik”, deyib.
Dəniz qüvvələri komandanı bir qədər əvvəl də - 19 İyulda, kiçik bir donanmanı Atlantik okeanına göndərəcəklərini bildirmişdi.