“Qafqazinfo”nun məlumatına görə, xəbəri yerli televiziyaya istinadən “Associated Press” agentliyi yayıb.
İran vətəndaşı olan Məcid Camali Faşi professor Məsud Əli Məhəmmədinin ölümünə görə edam cəzasına məhkum edilib. İranlı alim 2010-cu ildə avtomobilinin yanında motosikldə quraşdırılmış minanın partlaması nəticəsində ölüb.
Faşi professor Məhəmmədini İsrail xüsusi xidmət orqanlarının tapşırığı əsasında öldürdüyünü etiraf edib.
“Associated Press” agentliyi qeyd edir ki, son illərdə İranda 5 nəfərdən artıq nüvə sahəsi üzrə alim öldürülüb.
Rəsmi Tehran hesab edir ki, ABŞ və İsrail bu üsulla İranın nüvə proqramını əngəlləmək istəyir.