İranlı “mavi”lər Əhmədinejata qarşı aksiyaya başladılar - Video

iranli-maviler-ehmedinejata-qarsi-aksiyaya-basladilar-video
Oxunma sayı: 863

“Qafqazinfo”nun məlumatına görə, homoseksuallar onların seksual kimliklərini cinayət adlandıran və ölümə məhkum edən hakim rejimə etiraz ediblər. İranlı homoseksuallar, lezbiyankalar, biseksuallar və transseksuallar internetdə, əziyyət çəkdikləri ayrı-seçkiliyi bütün dünyaya çatdırmaq üçün video material yerləşdiriblər. Prezident Əmədinejatın 2007-ci ildə İranda “mavi”lərin olmaması ilə bağlı verdiyi bəyanata baxmayaraq, 1600-dən çox “mavi” “Biz hər yerdəyik” adı altında internet kampaniyaya başlayıb. Virtual aləmdə özləri barədə məlumat yerləşdirən iranlılar ifşa edilməkdən və edilməkdən qorxduqları üçün öz cinsi kimliklərini gizli saxlamağa çalışırlar.

Seksual azlıqların nümayəndəsi olan Mehdi internetdə yerləşdirdiyi videoda İranda ən böyük probleminin özü ola bilməməsi olduğunu deyir: “Mən həmişə başqalarının rolunu oynamalıyam. Mən həmişə öz “mən”imi və mənim şəxsiyyətimin bir hissəsini boğmaq, cəmiyyətdən və qarşılaşa biləcəyim problemlərdən qorxu içində gizlənmək məcburiyyətindəyəm”.

Digər bir videoda isə İrandan xaricdə yaşayan bir “mavi” müraciətini oxuyub: “Mən iranlı homoseksualam. Mən əsl simamı göstərməkdən qorxuram, İrandan, öz ailəmdən qaçmışam, faktiki olaraq ölkəmdən qovulmuşam. İndi Türkiyədə qaçqın kimi yaşayıram, lakin bizi bütün dünyada qəbul edəcəkləri günü gözləyirəm”.

Səidə

Homosexual.flv