Biri nüvə silahından imtina edir, digəri... - Sazişin mətni bilindi

biri-nuve-silahindan-imtina-edir-digeri
Oxunma sayı: 2890

ABŞ və Şimali Koreya liderlərinin Sinqapur sammitində imzaladıqları sənədin mətni məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In birgə sənəddə Koreya yarımadasının tamamilə denuklearizasiyasına sadiq olduğunu ifadə edib. 

ABŞ isə öz növbəsində nüvə silahından imtina etməsinin qarşılığında Koreya Xalq Demokratik Respublikasına “təhlükəsizlik zəmanəti” verəcəyinə söz verir. 

Donald Tramp və Kim Çen In sammitdə əldə olunan razılaşmaya “tez və dürüst” şəkildə əməl edəcəklərini öhdələrinə götürüblər.