İmperatorun ilk görüşdüyü şəxs Tramp olacaq

imperatorun-ilk-gorusduyu-sexs-tramp-olacaq
Oxunma sayı: 1536

ABŞ Prezidenti Donald Tramp bu gün Yaponiyaya rəsmi səfər edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, tvitter mikrobloqunda məlumat verib.

“Birinci xanımla birlikdə “Air Force One” təyyarəsində Yaponiyaya yola düşəcəyik. Mən böyük səbirsizliklə Birləşmiş Ştatlar adından Yaponiya İmperatoru tərəfindən qəbul edilməyi gözləyirəm. Dostum, Baş Nazir Sindzo Abe ilə həm də ticarət və müdafiə sahəsi ilə bağlı məsələləri müzakirə edəcəyəm”, - deyə Tramp qeyd edib. 

Bu məqamda bildirək ki, Amerika prezidenti bu il mayın 1-də taxta çıxan Yaponiyanın 125-ci İmperatoru Akihitonun ən böyük oğlu, imperator Narahitonun qəbul edəcəyi  ilk xarici lider olacaq.