Birinci xanımlar haqqında bilmədiyiniz fatktlar- - Fotolar

birinci-xanimlar-haqqinda-bilmediyiniz-fatktlar-
Oxunma sayı: 5398


“Qafqazinfo” xəbər verir ki, Publika.Az-ın qadın bölməsi müasir dövrün ən parlaq birinci xanımları haqqında olan maraqlı faktları təqdim edir: 

Diplomatik müqavilələrin imzalanmasında birinci xanımlara incə çəhrayı pomadaya icazə verilir. Rəsmi tədbirlərdə və mərasimlərdə qırmızı dodaq boyası çəkmək ciddi qanun pozuntusu hesab olunur. 

Amerikanın ancaq 2 birinci xanımı  “Vogue” jurnalına poza verib: Hillari Klinton və Mişel Obama.

1966-1986-cı illərdə Filippinin birinci xanımı olmuş İmelda Markos başqa ölkəyə səfər edəndə özü ilə 300 paltar çamadanı aparırmış.

1996-cı ildə Fransanın gələcək birinci xanımı Karla Bruni “Caudalie” kosmetikasının satışını qaldırır. O kosmetik məhsulun yaradıcısı Matilda Tomasa zəng vuraraq üz üçün olan sprey yağını bəyəndiyini etiraf edir. 

15 sm – Afrikanın dəb ilahəsi və birinci xanımı Kameruna Şantal Biyanın 15 sm-lik saç düzümü məşhurdur. 

SSRİ-nin ilk və sonuncu prezidentinin həyat yoldaşı Raisa Qarbaçova 1988-ci ildə Manxettendə "Estee Lauder" butikini ziyarət edir və Moskvada da eyni markanın mağazasını açmağı vəd edir. Öz sözünün üstündə dayanır və bir ildən sonra 1989-cu ildə bu butiki açır. 

Madonna Argentinanın prezidenti Xuana Peronanın həyat yoldaşı və birinci xanımı Evı Peron rolunda çəkiləndə düz 85 paltar dəyişməli olmuşdu. 

1995-ci ildə Fransının birinci xanımı Bernadett Şirak şahzadə Dianaya Lady Dior çantasını hədiyyə edir. Şahzadə bu çantalara o qədər heyran olur ki, eyni bu modeldən müxtəlif rənglərdə və ölçülərdə daha bir neçəsini sifariş verir. Diananın ölümündən sonra bu çantalar “Diana’s Lady Dior” adlandırılır.

400 cüt əlcək – ABŞ-ın 16-cı prezidentinin birinci xanımı Meri Todd Linkoln 4 ay ərzində 400 cüt əlcək alıb. Qadındakı dəb ehtirasına bax ki, bu əlcəkləri almaq üçün Ağ Evin bağçasındakı gübrəni satıb.

Amerikanın 34-cü prezidentinin həyat yoldaşı Elionara Ruzveltin boyu 180 sm olub. Mişel Obama da eyni hündürlükdədir. Onlar ikisi də Amerika tarixinə ən hündür boylu və cüssəli birinci xanımlar kimi düşüblər.