İsa Qəmbər ermənilərlə görüşə olan reaksiyalardan danışdı

isa-qember-ermenilerle-goruse-olan-reaksiyalardan-danisdi-
Oxunma sayı: 644

Azərbaycanı təmsil edən Müsavat başqanı İsa Qəmbər deyib ki, tədbirə oktyabrın 20-dən start verilib.

Başqanın BBC-nin Azərbaycan xidmətinə dediyinə görə, üç ölkə ilə yanaşı Rusiya və Avropa ekspertlərinin də çıxışları dinləniləcək: “Bu, Almaniyanın Fridrix Naumann Fondunun təşəbbüsü ilə keçirilən ilk tədbir deyil, bir ay əvvəl İstanbulda ”Cənubi Qafqazla Türkiyə əlaqələri" müzakirə edilmişdi, bir aydan sonra isə “Cənubi Qafqazla Avropa əlaqələri”nin müzakirəsi planlaşdırılır".

Tiflisdə ermənilərlə görüşlərə Bakıda qıcıqlı reaksiyalara gəlincə, Müsavat rəhbəri bildirib ki, bu, silsilə şəklində olan ənənəvi tədbirdir, hər hansı bir partiya ilə ayrıca görüş nəzərdə tutulmayıb.

İki gün davam etməsi planlaşdırılan konfransda Ermənistanı Erməni Ümummilli Hərəkatı, Gürcüstanı isə hazırda hakimiyyətdə təmsil olunan Respublika Partiyası, Azərbaycanı isə Müsavat Partiyası təmsil edir./musavat.com/