İşdən çıxarıldı, 100 jurnalist də ona qoşuldu

isden-cixarildi-100-jurnalist-de-ona-qosuldu
Oxunma sayı: 667

Rəsmi səbəb kimi Star televiziyasının bundan sonra şou xarakterli olacağı, xəbər yayınçılığını dayandırmaq və yaxud da istiqamətini dəyişdirmək istədiklərini bildiriblər. Açıqlamanı Doğuş Yayın qrupu (DYG) əsas müdiri Cem Aydın verib. Amma Türkiyənin əsas xəbər agentlikləri və qəzetləri birmənalı olaraq Uğur Dündarın hakimiyyətin sifarişi ilə uzaqlaşdırıldığını deyir. Uğur Dündarın işdən getməsi ilə telekanalın 100-ə yaxın əməkdaşı da kanalı tərk edib. Ona görə işi tərk edən jurnalistlərə şəxsi büdcəsindən maliyyə dəstəyi göstərən Dündar kanallardan gələn təklifləri gözdən keçirdiyini, amma qrupu ilə bərabər əməkdaşlıq edəcəyi yeni televiziyanı seçməyə tələsmədiyini bildirib. Eyni hadisənin birdə başına gəlməməsi üçün çox düşünəcəyini, “incə ələyib, sıx toxuyacağını” bildirib.