“İşdən çıxarılmağım siyasi fəaliyyətmlə bağlıdır”- Etiraz

isden-cixarilmagim-siyasi-fealiyyetmle-baglidir-etiraz
Oxunma sayı: 663

Bunu “Qafqazinfo”ya Azərbaycan Demorkat Partiyasının (ADP) Gənclər üzrə müşaviri Cəmil Hacıyev işdən çıxarılması ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, o, 2008-ci ilin sentyabrında adı çəkilən layihə vasitəsilə Mədəniyyət və Turizm Naziriliyinə işə düzəlib: “2009-cu ilin fevralına qədər həmin layihə davam etdi. bundan sonra mən İATP-ın Bakı koordinatoru vəzifəsində çalışmağa başladım. Amrikalılarla çalışdığımız dönəmdə hər şey qaydasında idi. Onlar gedəndə isə layihə Mədəniyyət və Turizm Nazirliyinə təhvil verildi və biz Bakı şəhər gənclər mərkəzi kitabaxanasında çalışmağa başladıq. Mən orada həmin mərkəzin rəhbəri vəzifəsində işləyirdim. Mən kitabxananın informasiya və texnologiya işinə baxırdım, kitabxananın saytını da yaratmışdım”.

Cəmil Hacıyev bildirib ki, o, 2010-cu ilin sentyabr ayında ADP sədrinin gənclərlə üzrə müşaviri seçiləndən sonra siyasi fəaliyyətində daha da aktivləşib və bununla bağlı tədbirlərdə iştirakını davam etdirib: “Əvvəl də aktiv idim, bundan sonra isə daha da aktivləşdim. Daha sonra ilk dəfə həbs olundum. Bu zaman mənə dedilər ki, belə şeylər etmə və bu məsələnin üstündən keçdilər. Növbəti dəfə həbs olunanda isə mənim maaşımı vermədilər. Bundan sonra mən 3-cü dəfə həbs olundum, bu zaman isə həm maaşımı kəsdilər, həm də mənə töhmət verildi”.

C. Hacıyevin sözlərinə görə, o, töhməti işə gələ bilmədiyinə görə alıb. Eyni zamanda, vurğulayıb ki, o, həbsdə olmağı ilə bağlı məhkəmə qərarını onlara verib: “Mən bu barədə məhkəmə qərarını onlara vermişdim və məhkəmənin qərarını məhkəmənin özündən başqa heç bir qurum dəyişə bilməz. Bundan sonra mənə təzyiqlər başladı və Mərkəzi Kitabxana Sisteminin direktoru Rəna Biləndərli mənim haqqımda dedi ki, mən bu “türemşik”lə işləyə bilmərəm”.

Gənclər müşaviri açıqlamasında onu da vurğulayıb ki, həbslərdən sonra o, dəfələrlə baş idarəyə çağırılıb və ona ərizə yazıb işdən çıxmağı təklif olunub: “Bakı şəhər Mədəniyyət və Turizim idarəsinin rəhbəri Əlikram Əliyev mənə dedi ki, ərizə yaz işdən çıx, mən razılaşmadım. Bildirdim ki, işdən çıxarırsa, siz çıxarın, amma hər şey qanun çərçivəsində olmalıdır. Bu təklfii mənə tək Əlikram Əliyev yox, eyni zamanda e-maildən istifadə etməyi belə bacarmayan Bakı şəhər Kitabxana və Muzeylər sektorunun rəhbəri Rəna Seyidova da deyirdi”.

İşdən çıxarılmasının bilik və bacarıqları ilə yox, siyasi fəaliyyətilə əlaqədar olduğunu deyən Cəmil Hacıyev deyib ki, o, bacarığını və bilik səviyyəsini sübut etməyə hazırdır: “Əgər onların dediyi kimi bacarığım çatmırsa, yoxlasınlar, mən bunun əksi olduğunu sübut etməyə hazıram”.

Hazırda məhkəməyə vermək üçün sənədlər hazırladığını deyən C. Hacıyev bildirib ki, o, məhkəmə yolu ilə qanunun aliliyinin təmin olunmasını tələb edəcək.



Fatimə Kərimli