İsgəndər Cavadov yenə də xoda düşdü

isgender-cavadov-yene-de-xoda-dusdu
Oxunma sayı: 649

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib. Millimizin çıxışını dəyərləndirən veteran futbolçu komandamızın Türkiyə ilə oyunda şansının olmadığını bildirib:

"Belə oyunla dünya növbəti seçmə mərhələdə nəyəsə ümid etmək olmaz. Bizə bu cür oyunlarla çox çətin olacaq. Bizim oyun üslubumuz zəifdir. Neçə ildir, futbolu eyni səviyyədə oynayırıq. Ancaq başqa ölkələr yavaş-yavaş tərpənirlər.

Türkiyə qarşısında şanslarımız necə ola bilər ki? Bu sualın bir cavabı var. Həmin oyunda şansımız yoxdur. Türklər oynasalar, udacaqlar. Bundan əvvəl kimisə udmuşuq, xal almışıq deyə, o demək deyil ki, biz oyun göstərmişik. Millidə oyun yoxdur"

Cavadov sonda yığmamızın hücumçusu Vaqif Cavadovun milli komandadan imtina etməsinə də münasibət bildirib:

"Bu, Vaqifin şəxsi işidir. Vaqif yaxşı oynayanda, onu tərifləyirlər. İndi komandanın baş məşqçisi ilə arasında nəsə olub. Ona görə də Cavadov o sözü deyib. Vaqif olmasın, başqası olsun. Onsuz da milli komanda uduzur. Ancaq mənə elə gəlir ki, gələcəkdə baş məşqçi kim olsa, Vaqifi komandaya dəvət eləməlidir. Təbii ki, əgər yaxşı oynayarsa. Oynamasa, Vaqifi milliyə dəvət eləmək lazım deyil".