İslam Komitəsinin sədrinə cinayət işi açıldı

islam-komitesinin-sedrine-cinayet-isi-acildi-
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, o, bu barədə “Exo Moskva” saytına açıqlama verib. H.Camalın sözlərinə görə, istintaq axtarışı düşmənçilik və nifrətin alovlandırılmasına yönəlmiş cinayət işi (maddə 282 Rusiya CM) bağlıdır. Axtarışda jurnalist Maksim Şevçenkonun da iştirak etdiyi deyilir. Şevçenkonun həyat yoldaşı axtarışların səhər saatlarından başladığını deyib.

Camal bildirib ki, onun barəsində cinayət işi Rusiyanın İslam Komitəsinin rəsmi saytı olan “islamkom.org”da yayımlanan yazıya görə qaldırılıb. Lakin söhbətin hansı yazıdan getdiyi isə məlum deyil.

Qeyd edək ki, 2009-cu ildə deputat Masim Mişenko Heydər Camalın təşkilatını ekstremist kimi tanımağı tələb etmişdi. Onu da qeyd edə ki, Camal tez-tez antierməni
bəyanatlar və nəşrləri ilə çıxışı ilə tanınır.



Səidə