İsrail İranın nüvə infrastrukturunu məhv edib

israil-iranin-nuve-infrastrukturunu-mehv-edib
Oxunma sayı: 664

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, saytda İsrailin İrana məxsus bütün yerüstü nüvə infranstrukturunu məhv etdiyi deyilir. Bu məlumatların Amerikanın “kölgə MKİ” adlandırılan Srratfor analitik – kəşfiyyat şirkətinin elektron məktubunda da öz təsdiqini tapdığı iddia edilir. Məktubda 2011-ci ilin noyabrın 7-dən İsrail kəşfiyyatının əməkdaşının sözləri əks olunur. İsrailin İrana qarşı hərbi əməliyyatda hazırlaşması ilə bağlı məlumatları şərh edərkən o deyir: “Fikirləşirəm ki, yayındırmaq üçün manevrdir”. İsrail artıq bir neçə həftə əvvəl İranın nüvə obyektlərinin bütün yerüstü infrastrukturunu məhv edib”.

İsrailli mənbə həmçinin vurğulayır ki, İranla toqquşma Avropa ölkələrinin razılaşmalarının bir hissəsidir. Onun sözlərinə görə, “Gəlin İrana hücum edək” şüarı ilə başlayan kampaniya Avropa liderləri tərəfindən ictimaiyyətin diqqətini daxili iqtisadi problemlərdən uzaqlaşdırmaq məqsədi daşıyıb.

Stratforun analitiklərindən biri bildirib ki, bu mənbənin məlumatları kifayət qədər inandırıcı görünmür: “Kİmsə həqiqətənmi hesab edir ki, bu bir ildən çoxdur ki böhrandan əziyyət çəkən avropalıların diqqətini yayındıra bilər? Ümumiyyətlə bu mənbəyə inanmaq olar?”.

Səidə