“Bitkoin çirkli pulların yuyulmasında istifadə oluna bilər”

bitkoin-cirkli-pullarin-yuyulmasinda-istifade-oluna-biler
Oxunma sayı: 1093

“Bitkoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o çirkli pulların yuyulmasında istifadə oluna bilər”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) başçısı Canet Yellen bəyan edib.

"Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur.  Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitcoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”, deyə C.Yellen bildirib.

C.Yellen həmçinin banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraq bəyan edib ki, çirkli pulların yuyulmasında bitkoindən də istifadə oluna bilər.