Bitkoinə abidə də qoyuldu - Dünyada ilk dəfə

bitkoine-abide-de-qoyuldu
Oxunma sayı: 1287

Sloveniyanın Kran şəhərində dünyada ilk dəfə blokçeyn texnologiyasına abidə qoyulub.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, metal konstruksiyadan bitkoin loqotipi formasında hazırlanmış abidənin çəkisi 3 tondur.

Bu abidənin Kran şəhərində qoyulması təsadüfi deyil. Şəhərin meri Boştyan Trilyarın sözlərinə görə, yerli sakinlər kriptovalyutadan aktiv istifadə edirlər. Həmçinin şəhərdə blokçeynlə sıx bağlı olan yüksəktexnologiyalı biznes sahəsində fəaliyyət göstərən bir neçə şirkət var.