“Biz nə vaxt qorxmağın lazım gəldiyini hələ də bilmirik”

biz-ne-vaxt-qorxmagin-lazim-geldiyini-hele-de-bilmirik
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, QAT İdarə Heyəti ilk növbədə hıəmsədrlərin regiona səfərinə toxunub və onların yaydığı bəyanata münasibət açıqlanıb: “Həmsədrlər növbəti mənasız bəyanatla çıxış ediblər. Həmsədrlərin açıqlamaları, yeni həmsədr də gətirmələri onu göstərir ki, bunlar öz xoşlarına çıxıb gedən deyillər. Ermənistan da onlardan bərk-bərk yapışıb ki, Qarabağ məsələsi başqa formatda müzakirə oluna bilməz”. İdarə Heyəti Ermənilərin katalikosu II Qareginin Şeyxülislam Allahşükür Paşazadəyə yazdığı məktuba da münasibət bildirib: “

Katolikos bu məktubu yazmaya da bilərdi. Amma erməni öz işini həmişə bizdən fərqli olaraq yaxşı bilib. Qarabağ müharibəsi başlayanda “Bakıdakı erməniləri Qarabağa qurban verməyə hazırıq” deyən də katolikos idi, indi Şeyxi xüsusi hörmətlə hava limanında qarşılayan, hər cür hörmət jestləri edən, dalınca məktub yazan da erməni katolikosudu. Onlar nəyi nə vaxt etməyi yaxşı bilirlər. Şeyximiz isə deyir ki, getməsəydim, deyərdilər qorxdu. Biz isə nə vaxt qorxmağın, nə vaxt irəli durmağın lazım gəldiyini hələ də bilmirik”.

Gənclərin askiyası da İdarə Heyətinin dəyərələndirmələrindən kənarda qalmayıb: “Bu aksiya bir çox cəhtlərinə görə gözlənilməz oldu. Müxtəlif qiymətlər verildi, hətta “sonun başlanğıcı”, “ilk radikal addım” və sair epitetlərlə dəyərləndirdilər. Digər tərəfdən, bu gənclərin əsgər itkilərindən daha çox Qarabağın hələ də işğalda qalmasından narahatçılıqlarını görmək istəyərdik. Onu isə hələki görmürük”.

Politoloq Fərhad Mehdiyev isə Qarabağ münqaişəsinin danışıqlar yolu ilə həllinə inanmadığını bildirib və vurğulayıb ki, erməni cəmiyyəti kompromisə hazır deyuil və vəziyyətin bu şəkildə qalmasında maraqlıdır.

Fatimə Kərimli