Kondaliza Raysın yalvarış etirafları

kondaliza-raysin-yalvaris-etiraflari-
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, kitabda Vaşinqton-Ankara münasibətlərinə geniş yer verilib. Rays öz memuarında Konqresin Nümayəndələr palatasının o zamankı spikeri Nensi Pelosiyə “Erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməməsi üçün yalvardığını yazıb: “Bizim Türkiyə ilə diplomatik əlaqələrimiz təhlükədə idi. Güclü erməni lobbisi uzun illər boyu Konqresdə Osmanlı imperiyası dövründə baş verənləri soyqırım kimi tanıtmaq üçün mübarizə aparıb. Hər şey Türkiyə ilə münasibətlərdə öz izini qoyurdu”.

İlk dəfə bu mövzu ilə 1991-ci ildə Ağ evdə işləyərkən qarşılaşdığını deyən Rays Fars körfəzindəki ilk müharibə zamanı türklərin Osmanlı dövründə baş verənlərə görə məsuliyyəti onların üzərinə atmalarına bərk qəzəbləndiklərini yazıb: “Artıq 1991-ci ildə ABŞ prezidenti və dövlət katibi soyqırımla bağlı qətnamənin qəbul edilməsi prosesinə yardım göstərməyi dayandırdılar. Heç kim bu faciəli hadisələri inkar etmir. Lakin bu siyasətçilərdən daha çox tarixçilərin işidir və onlar da qərar çıxarmalıdırlar”.

Türkiyə-İraq sərhədində gərginlik pik nöqtəsinə çatanda Konqresin Nümayəndələr partiyasının xarici əlaqələr komissiyası soyqırım qətnaməsini qəbul edib. Rays Nensi Pelosiyə bu qətnaməni müzakirədən çıxarmaq üçün yalvardığını və müdafiə naziri Qeyts ilə birgə mətbuata qətnaməyə qarşı olmaları ilə bağlı açıqlama verdiklərini deyib. İraqdakı hərbi komandanlığa isə yaranmış vəziyyətin böyük ehtimalla Türkiyədə mühüm hərbi bazaların itirilməsinə səbəb olacağı ilə bağlı bəyanat verdiklərini bildirib: “Biz türklərə söz verdik ki, bütün vasitələrlə bu qətnaməni konqresdə dayandıracağıq və nəhayət bacardıq. Türkiyə ilə əlaqələri inkişaf etdirmək istəyən ermənilər də bu qətnamənin qəbuluna ehtiyac duymurdular”.

Səidə