KXCP jurnalistlə bağlı bəyanat verdi

kxcp-jurnalistle-bagli-beyanat-verdi
Oxunma sayı: 636

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bəyanatda tanınmış araşdırmaçı-jurnalist Xədicə İsmayılova ilə bağlı son günlər baş verən hadisələrin ölkədə jurnalistlərə qarşı aparılan terror, təhdid, təzyiq və şantajın hələ də daha kəskin şəkildə davam etməsinin göstərici olduğu qeyd olunub: “Ölkəmizdə fundamental insan hüquqlarından olan söz azadlığı və şəxsi həyatın toxunulmazlığı təhlükəli vəziyyətdədir. Mediya mənsublarının hədə, şantaj və zorakılıqla üzləşməsi adi hala çevrilmişdir. Zorakılığa və terrora məruz qalan jurnalistlərlə bağlı cinayətlərin açılmaması, cinayətkarların məsuliyyətə cəlb edilməməsi günün reallıqlarına çevrilmişdir. İnsanın özəl həyatına müdaxilə etik normalara, milli dəyərlərə, ümumiyyətlə insanlığa zidd olmaqla bərabər, vətəndaşların konsititsion haqlarının və insan haqlarının təməl prinsiplərinin pozulması, qanunların icra edilməməsi, hökumətin üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsinin təzahürləridir”.
KXCP Xədicə İsmayılova ilə bağlı baş verən olaylarıi pisləyir, hakimiyyət orqanlarından hadisənin tezliklə araşdırılmasını, bunu törədənlərin məsuliyyətinə cəlb edilməsini, ölkədə insan haqları və azadlıqlarının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini tələb edir.