Liviyadakı səfirimizdən açıqlama gəldi

liviyadaki-sefirimizden-aciqlama-geldi-
Oxunma sayı: 643

Bunu, “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şərifov deyib. Onun sözlərinə görə, hazırda səfirlikdə Liviya bayrağı asılmayıb.

Səfir bildirib ki, o, həm Ramazan ayı, həm də Liviyada baş verənlərlə bağlı olaraq məzuniyyətdədir: “Mən və səfirliyin digər iki əməkdaşı iyulun 26-dan məzuniyyətdəyik. Məzuniyyət sentyabrın 5-də bitdiyindən biz Liviyaya sentyabrın 6-sı gedəcəyik”.

Liviyadakı Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsinə də toxunan səfir bildirib ki, artıq fevral ayından oradakı 40 Azərbaycan vətəndaşı köçürülüb: “Yalnız 1-2 xanım vətəndaş qalmışdı ki, onlar da Liviya vətəndaşı ilə evli olduq larından ölkəni tərk etməkdən imtina ediblər”.

Səidə Teyyubqızı