Bloggerə 5 il həbs cəzası

bloggere-5-il-hebs-cezasi-
Oxunma sayı: 888


Aleksey Navalnı 5 il, Pyotr Ofitserov 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zalındaca həbs olunan hər iki təqsirləndirilənə 500 min rubl cərimə də kəsilib.

Hökmə görə, Aleksey Navalnı 2009-cu ildə Kirov vilayəti qubernatorunun müşaviri vəzifəsində çalışarkən Pyotr Ofitserov və “Kirovles”in baş direktoru Vyaçeslav Opalevlə cinayət əlaqəsinə girərək müəssisəyə məxsus əmlakı (10 min kubmetrdən çox taxtanı) mənimsəyib.

37 yaşlı Aleksey Navalnı Rusiya hakimiyyətinə, özəlliklə prezident Vladimir Putinə kəskin mənfi münasibəti ilə məşhurlaşıb. Bu həftə onun Moskva meri postuna namizədliyi qeydə alınıb.