Məcburi köçkün özünü güllələdi

mecburi-kockun-ozunu-gulleledi
Oxunma sayı: 669

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün kimi Qaraçinar kəndində məskunlaşan 26 yaşlı Zahid Abdullayev özünü təklüləli ov tüfəngi ilə gülləyib.

Mərhumun qan içərisində olan meyiti yaşadığı evin həyətindəki gül bağında aşkarlanıb. Z.Abdullayevin özünü hansı səbəbdən öldürməsi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.