“Mən bilirəm qurbanlıqsan...”

men-bilirem-qurbanliqsan
Oxunma sayı: 836






Quzu

Bu həyətdə yatan quzu,
Yuxunda gördüyün nədi?
Nəfəsini dadlı, uzun
Ot kimi dərdiyin nədi?

Bağlanıb baxtın, bağlanıb,
Qırmızı bantın bağlanıb,
Tumarlanıb, sığallanıb
Bu evə gəldiyin nədi?

Sevinmə ki, hələ toxsan.
Yaşıl otdu hara baxsan,
Mən bilirəm qurbanlıqsan,
Bəs sənin bildiyin nədi?!...