“Məni cəsədlərlə ölümə aparırdılar” - Putinin xanımı

meni-cesedlerle-olume-aparirdilar-putinin-xanimi-
Oxunma sayı: 648

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Lyudmila Putina “Birinci şəxsdən” adlı kitabında bəhs edib:

“O vaxtlar ərim Sankt- Peterburqda hökumət başçısının müavini vəzifəsində çalışırdı. Mənsə qızlarım – Mariya və Yekaterina ilə birgə evdə olurdum. Bir gün çox ağır qəza oldu.

Yol qəzasının baş verdiyi gündə (bu hadisə 1994-cü ildə baş verib) mən tək deyildim. Kiçik qızım Yekaterina ilə “Lada” markalı maşınla Mariyanı dərsdən götürməyə gedirdik. Maşını saatda 80 km sürətlə özüm idarə edirdim. Döngələrdən birində “Jiquli” markalı maşınla toqquşduq. O anda huşumu itirdim. Ayılanda qızımın çox qorxduğunu gördüm.

Hadisə yerinə gələn həkimlər məni müayinə edərək ağır travma alaraq həyatda qalma şansını itirən insanlar üçün nəzərdə tutulmuş xəstəxanaya aparmağı məsləhət gördülər. Bir sözlə, məni cəsədlərlə ölümə aparırdılar. Vladimir Putin həmin anda Hərbi-tibbi akademiyanın həkimi ilə əlaqə saxlayaraq ondan kömək istədi. Nəticədə, müəssisənin ən yaxşı cərrahı mənim həyatla mübarizəmdə vasitəçi oldu. Cərrah mənim sınmış onurğamı və zədələnmiş kəlləmi bərpa edə bildi. Onun yüksək biliyi və bacarığı sayəsində həyatda qala bildim”.

Aynur