Mixail Qorbaçov siyasətə qayıtdı

mixail-qorbacov-siyasete-qayitdi
Oxunma sayı: 647

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Qorbaçov bunu hakim rejimlə mübarizə aparmaq məqsədilə etdiyini deyir. Onun sözlərinə görə, ruslar hakim partiyanın dominantlığından beziblər və onlara nə isə yeni bir şey lazımdır: “Biz belə bir nəticəyə gəldik ki, alternativ rejim yaradılması məsələsini müzakirə edək”.

Qorbaçov qeyd edib ki, yeni siyasi qüvvənin əsas missiyası birləşmə olmalıdır. O, əminliklə vurğulayıb ki, sosial-demokratlar öz ətrafında çoxlu sayda müxalifətçini birləşdirə bilər, beləliklə də parlamentə düşmək üçün real şanslar olacaq. O, həmçinin bildirib ki, hələ ki, yeni yaranacaq siyasi qüvvənin başında olmaq istəmir.

Mixail Qorbaçov Rusiyanın Sosial-Demokrat partiyasına 2000-ci ildə sədrlik edib. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi 2007-ci ildə partiya sıralarının sayca az olmasını əsas gətirərək onu ləğv etmişdi.

Səidə