“Möhtəşəm yüzil”in yayımı dayandırıldı

mohtesem-yuzilin-yayimi-dayandirildi
Oxunma sayı: 648

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Rusiya telekanalında yayımlanan “Möhtəşəm yüzil” serialı dayandırılıb. Serialın nümayişi “Domaşnıy” telekanalında başlamışdı və bu vaxtadək 12 seriyası yayımlanıb.

Serialın dayandırılamsına səbəb kimi prezdent seçkilərindən əvvəl Kremlin qəzəbləndirdiyi xəbər verilir. Televiziya kanalı yeni bölümlərin nümayişini may ayında davam etdirəcəyəni elan edib.

Xəbər verilir ki, Rusiya rəhbərliyindən televizıya kanalına “Osmanlını tərifləyən və tarixi saxtalaşdıran bu serialı yığışdırın” təlimatı verilib.

Serialın səssizcə ekranlardan yığışdırlmasına etiraz edən tamaşaçılar kampaniyaya başlayıblar. İnternetdə serilanın yayınlaması üçün saytlar yaradılıb.

Martın 4-də Rusiyada keçiriləcək seçkilərdə prezdientliyə namizəd olan Vladimir Putin ABŞ və Qərb əleyhinə çıxışlardan istifadə edərək rus millətçilərinə yönəlik kampaniya aparır. Xəbər verilir ki, “Möhtəşəm yüzil” serialı bu kampaniyaya zərbə vurduğu üçün baş nazirin filmin nümayişinə dözümü qalmayıb.