BMT Qarabağ münaqişəsini müzakirə edəcək

bmt-qarabag-munaqisesini-muzakire-edecek
Oxunma sayı: 656

“Qafqazinfo”nun əldə edtiyi məlumata görə, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bu barədə informasiya verilib. “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” və “GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bəndlər sessiyanın gündəliyinə salınıb. Bu bəndlərin “Beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılması” mövzusu altında Assambleyanın plenar iclasında baxılması nəzərdə tutulub.
Ermənistan nümayəndəsi iclasın aparılma qaydası üzrə söz götürərək, əvvəlki illərdə olduğu kimi, ölkəsinin “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı bəndin gündəliyə salınması ilə bağlı ümumi razılığa qoşulmadığını bildirib. Beləliklə, Ermənistan bu bəndi dəstəkləməyən yeganə dövlət olub, öz təcavüzkar siyasətinin mahiyyətini və qeyri-konstruktivliyini növbəti dəfə nümayiş etdirib.
Baş Assambleyanın 66-cı sessiyasının gündəliyinə, həmçinin Azərbaycanın təklif etdiyi “Türkdilli ölkələrin Parlament Assambleyasının Baş Assambleyada müşahidəçi statusu” və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təklif etdiyi “Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş Assambleyada müşahidəçi statusu” adlı bəndlər salınıb. Bu bəndlərə “Təşkilat, inzibati və digər məsələlər” mövzusu altında Assambleyanın hüquqi məsələlərlə məşğul olan Altıncı Komitəsində baxılması nəzərdə tutulub.