Mübariz Əhmədoğlu qurultaydan qovuldu - Qalmaqal

<b>Mübariz Əhmədoğlu qurultaydan qovuldu - <font color=red>Qalmaqal</b></font>
Oxunma sayı: 434






Klassik Xalq Cəbhəsi Partiyasının qurultayında qarşıdurma yaranıb. “Qafqazinfo”nun məlumatına görə, qurultayda çıxış edən politoloq Mübariz Əhmədoğlu cəbhəçilərin ciddi təpkisi ilə qarşılaşıb. Təbrik sözlərindən sonra politoloq Azərbaycanın siyasi həyatı barədə danışıb və Heydər Əliyevin ölkənin ümummilli lideri olduğunu vurğulayıb. Bu isə cəbhəçilərin ciddi narazılığına səbəb olub. Onlar ayağa qalxaraq “Ən böyük Elçibəy, başqa böyük yox” şüarını səsləndiriblər. Bir neçə dəqiqəlik qurultayda gərginlik yaranıb və KXCP sədri Mirmahmud Mirəlioğlu M. Əhmədoğluna məsləhət görüb ki, çıxışını dayandırsın: “Yaxşı olar ki, çıxışını elə burada bitirəsən”. M. Mirəlioğlu özü politoloqun fikrinə münasibət bildirmək istəmədiyini deyib və qurultay nümayəndələrinin ona Ən yaxşı cavab verdiklərini vurğulayıb.

Çıxışını dayandırmalı olan M. Əhmədoğlu isə qurultayı tərk edib.

KXCP-nin qurultayında daha bir qalmaqal isə ADP sədri Sərdar Cəlaloğlu ilə keçmiş millət vəkili Pənah Hüseyn arasında olub. P. Hüseyn çıxışı zamanı Azərbaycanda xalq hərəkatının yaradılması təşəbbüsü ilə çıxış etdikdə S. Cəlaloğlu ona sərt cavab verib: “Sənin bu düşüncələrin indiki halda düzgün yanaşma deyil, 88-ci ilin düşüncəsində qalmısan”.

S. Cəlaloğluna cavab verən P. Hüseyn isə öz fikrini əsaslandırmağa çalışıb və ona “sən özün partiya yaratmısan, bu müddətdə nə etmisən ki” deyərək irad tutub. S. Cəlaloğlu isə cavab olaraq “Sən köhnə düşüncədə qalmısan, mənimlə polemika apara bilməzsən” deyib.

Fatimə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi