“Nəticə dəhşətli olacaq” – Manşetlər

netice-dehsetli-olacaq-mansetler
Oxunma sayı: 676

“Yeni Müsavat” qəzetinin manşetində “ARDNŞ Rusiyanın ən qalmaqallı biznesmeni ilə anlaşıb” başlıqlı xəbərdə neft şirkətinin ilə rusiyalı milyarder Mixail Qutseriyevlə Belarusda ortaqlığa başlaması haqqında məlumat verilir.

“Ayna” qəzetində isə manşet xəbər “Sulutəpədə yenə qarşıdurma” başlıqlı xəbər olub. Xəbərdə hadisə haqqında ətraflı məlumat verilir.

“Kaspi” qəzetinin manşet xəbəri isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Fransa ilə bağlı verdiyi bəyanatdır. “Ərdoğan Fransa prezidentinə xəbərdarlıq etdi” başlıqlı xəbərdə bəyanatın təfərrüatları yer alıb.

“Azadlıq” qəzetinin manşetində yer alan xəbər isə Lənkəranda sakinlərlə sərhədçilərlə arasında baş verən qarşıdurma ilə bağlıdır. “Lənkəranda balıq üsyanı” başlıqlı xəbərdə hadisənin təfərrüatları və fotolar yer alıb.

“Yeni Azərbaycan”ın manşeti isə prezidentin sərəncam imzalaması xəbəridir. “Prezident İlham Əliyev Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb” başlıqlı xəbərdə sərəncamda qeyd olunan iş üçün ayrılan vəsaitin miqdarı göstərilib.

“Şərq” qəzeti manşetində “Lənkəranda insident baş verib” başlıqlı xəbər dərc edib. Xəbərdə Lənkəranda sakinlərlə sərhədçilər arasında baş verən qarşıdurma haqqında məlumat verilir.

“Bizim yol” qəzetinin manşet xəbəri Qazaxıstanda baş verən mitinqlərlə bağlıdır. “Qazaxıstanda da inqilab başladı” başlıqlı xəbərdə Qazaxıstanda baş verənlərlə bağlı məlumat verilir.

“Azərbaycan” qəzetinin manşetində “Azərbaycanda hüquq islahatları uğurla davam etdirilir” başlıqlı xəbər dərc olunub. Yazıda son 8 ildə hüquq sahəsində görülən işlərdən danışılır.

“Xalq cəbhəsi” qəzetinin manşetində isə “Nəticə dəhşətli olacaq” başlıqlı xəbər yer alıb. Xəbər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Nikal Sarkoziyə verdiyi bəyanatla bağlıdır.

“525-ci qəzet”in də manşeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Nikola sarkoziya ünvanladığı məktub xəbəridir. “Ərdoğandan Sarkoziyə sərt xəbərdarlıq” başlıqlı xəbərdə məktubun mətninin təfərrüatları yer alıb.

Hazırladı: Fatimə Kərimli