Novruz, Novruz baharı, ay baharı - Fotolar

novruz-novruz-bahari-ay-bahari-fotolar
Oxunma sayı: 701

AzərTAc xəbər verir ki, Qoşa Qala qapısından milli geyimli 12 atlı süvarinin, 5 fayton və 6 dəvənin müşayiəti ilə Novruzun əsas personajları - Dədə Qorqud, Bahar qız, Keçəl və Kosa, musiqiçilər və digər iştirakçılar Suraxanı rayonu ərazisindəki Atəşgah məbədindən od gətirmək üçün yola düşüblər.

Yandırılmış məşəl Qoşa Qala qapısındakı “Gənclər” meydanına gətiriləcək və bu odla bayram tonqalı alovlandırılacaq.